Ötən ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşunun ümumi həcmi 15 116,4 mln manat olub.
Eləcə də bax: Azərbaycan banklarının xarici - ÖHDƏLİKLƏRİ ARTIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 4,6% çoxdur.
İlin əvvəlinə nisbətən real sektora kredit qoyuluşu 16,1%, son 1 ildə isə 20,3% artıb.
Qeyd edək ki, hesabat dövründə sahələr üzrə ən çox kredit qoyuluşu ev təsərrüfatlarına (6 814,6 mln manat), ticarət və xidmət sektoruna (2 339,5 mln manat) və daşınmaz əmlakın tikintisi və alınmasına (1 971,5 mln manat) ayrılıb.
“Report”