Azərbaycanda bank sektorunun güclü oyunçularından olan Xalq Bankın işçilərinin sayı 1000 nəfərə çatıb.
Azərbaycanda ən az filialı olan 3 bank - SİYAHI
FED.az xəbər verir ki, bu barədə bank rəsmi sosial şəbəkə hesabında məlumat verib.
Bankın paylaşımında qeyd olunur “Dəyərli müştərilərimizə daha böyük komanda ilə xidmət göstərməyə davam edirik! Sayımızın 1000 olması münasibətilə komandamızın hər bir üzvünü təbrik edirik! Növbəti hədəflərə doğru”
Qeyd edək ki, 2023-cü ilin sonuna bankda çalışanların sayı 964 nəfər təşkil edib. Son 6 ay ərzində bu say 36 nəfər artıb.