Azərbaycanda ən az filialı olan bankların adları açıqlanıb.
FED.az barədə bankların illik hesabatına istinadən xəbər verir.
Hesabata əsasən ən az filialı olan bank "Bank Avrasiya"dır. Bankın cəmi 2 filialı var.
"Paşa Bank" ölkə üzrə 3, "Premium Bank" isə 5 filiala malikdir.
"Melli İran Bankı"nın Azərbaycan filialının isə başqa filialları yoxdur.