“Bank of Baku” bu ilin ikinci yarısında cəmi kapitalla bağlı Mərkəzi Bankın tələbini yerinə yetirib.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ilin ilk yarısının yekunlarına görə, bank cəmi kapitalını ötən ilin birinci yarısı ilə müqayisədə 90.04% artıraraq 71 mln 735 min manata çatdırıb. Qeyd edək ki, qanunvericiliyiə görə, tələb – kapitalın 50 milyon manatdan az olmamasıdır.
Eləcə də bax:“Turan Bank”a yeni səhmdar gəlib
Devalvasiyalar və kredit bazarında yaranan problemlərdən sonra «Bank of Baku»nun cəmi kapitalı bir il əvvəl 37 mln 746 min manat olmuşdu.
Qeyd edək ki, cəmi kapitalını artırması «Bank of Baku»nun mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatların geri çəkilməsi hesabına baş verib.
İlin əvvəlindən indiyədək bu məqsədlə yaradılan 39 mln 391 min manat vəsait geri çəkilib.
Nəticədə bu vəsait «Bank Of Baku»nun həm cari vəziyyətinə müsbət təsir edib (bank 1,3 milyon manatlıq əməliyyat mənfəəti qarşısında 32 milyon xalis mənfəətə çıxıb), həm də bankın çoxdan bəri həllini gözləyən kapital problemini həll edib. Nəticədə “Bank of Baku” ilin birinci yarısını 32 mln 287 min manat xalis mənfəətlə başa vurmaqla yanaşı, həm də kapital tələbini yerinə yetirib.
Daha bir bank «qırmızı zona»dan çıxdı – HESABAT
11:09
19 İyul 2019