“Turan Bank” ASC-nin nizamnamə kapitalının 10 002 008 manat və yaxud 18,2% artırılaraq 55 003 470 manatdan 65 005 478 manata çatdırılması çərçivəsində Banka yeni səhmdarlar cəlb edilib. Söhbət 2 hüquqi şəxsdən gedir.
FED.az xəbər verir ki, “Turan Bank”ın səhmdarı olan hüquqi şəxslərin sayı 6-dan 8-ə, onların Bankın nizamnamə kapitalındakı payı isə 28,4%-dən 31,94%-ə yüksəlib. Bununla yanaşı, kapital artımında “Turan Bank”da pay sahibi olan fiziki şəxslər də iştirak edib. Amma proses yekunlaşdıqdan sonra ümumi sayı 21 olan fiziki şəxslərin payı 71,6%-dən 68,06%-ə düşüb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.