“Azərbaycan Sənaye Bankı” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 24 milyon 447 min manat, faiz xərcləri 12 milyon 441 min manat olub.
Faiz gəlirləri illik müqayisədə 6 milyon 154 min manat (33,6%), xərcləri isə təxminən 4 milyon 228 min manat (51,5%) artıb.
Beləliklə xalis faiz gəlirləri 12 milyon manat təşkil edib. Bu da illik müqayisədə təxminən 2 milyon manat (19,9%) artım deməkdir.
Bankın qeyri faiz gəlirləri 8 milyon 369 min manat, xərcləri isə 15 milyon 874 min manat təşkil edib.
Gəlirlər 908 min manat (12,2%), xərclər isə 2 milyon 547 min manat (19,1%) artıb
Beləliklə “Azərbaycan Sənaye Bankı” 3-cü rübü 4 milyon 495 min manat əməliyyat mənfəəti və 3 milyon 481 min manat xalis mənfəətlə yekunlaşdırıb.
Əməliyyat mənfəəti son bir ildə 350,38 min manat (8,5%) artsa da, xalis mənfəətdə 857,07 min manatlıq (19,8%-lik) geriləmə olub.
“Azərbaycan Sənaye Bankı”ın aktivləri cari ilin 3-cü rübü üçün 707,5 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 40,1 milyon, yaxud 5,4% çoxdur.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 22,984 milyon manat. Bu göstəricidə 5,3 milyon manat, başqa sözlə 30% artıb.
Bankın kredit portfeli də əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, kredit portfeli 2,1 milyon manat, yaxud 0,9% artaraq 243,7 milyon manata çatıb.
"Azərbaycan Sənaye Bankı"nın öhdəlikləri 594,2 milyon manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 43,3 milyon manat, yaxud 6,8% azalma deməkdir.
Bankın depozit portfeli 10,9 milyon manat (2,4%) azalaraq 438,8 milyon manata düşüb.
“Azərbaycan Sənaye Bankı” üçüncü rübdə 113 milyon 278 min manat kapitala malik olub. Kapitalın həcmində 3 milyon 218 min manat, yaxud 2,9%-lik artım qeydə alınıb.
.Bölüşdürülməmiş mənfəətin həcmi də 3,5 milyon manat, və ya 7,8% artaraq 48 milyon 194 min manata çatıb.