Rusiya idxalçıları üçün əsas hesablaşma mərkəzi rolunu oynayan Çin bankı “Chouzhou Commercial” Rusiya Federasiyası ilə bütün əməliyyatları dayandırıb.
Çin bankları Rusiyaya dollarla ödəniş etməyi dayandırıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti maliyyə ekspertləri və sahibkarlara istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hesablaşmaların dayandırılması bütün banklararası ödəniş sistemlərinə təsir edib: beynəlxalq SWIFT, Rusiya SPFS və Çin CIPS.
“Logistikanın çökməsi demək olar ki, qaçılmazdır”, – məqalədə qeyd olunur.
Tezliklə Çində uzunmüddətli bayramlar başlayacaq – Çin Yeni ili, bütün ölkədə təxminən iki həftə ardıcıl olaraq qeyd olunur (rəsmi olaraq fevralın 10-dan 17-dək). Materiala görə, bu o deməkdir ki, ən azı mart ayına qədər ölkədən mal ixrac etmək mümkün olmayacaq və bu, bir çox əməliyyatların uğursuzluğuna səbəb ola bilər.