Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 28-nin bu ilin yanvar-mart aylarındakı qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib.
Eləcə də bax: Azərbaycan bankı adını dəyişir - EKSKLÜZİV
FED.az xəbər verir ki, yalnız 2 bankda - "Access Bank" QSC və "Azərbaycan Sənaye Bankı" ASC-də qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərindən az olub. Bu banklar müvafiq olaraq 7,147 milyon manat və 1,358 milyon manat qeyri-faiz mənfəəti əldə ediblər. Qalan 28 bank isə qeyri-faiz əməliyyatlarında müsbət saldoya nail ola bilməyib.
3 aylıq qeyri-faiz zərərinin ən yüksək həddi "Unibank" ASC-də (10,414 milyon manat), ən aşağı həddi isə "AGBank" ASC-də (80 min manat) qeydə alınıb.
№
|
Bankın adı
|
Bankın rüblük qeyri-faiz mənfəəti / zərəri |
1 |
Access Bank |
7,147 |
2 |
Azərbaycan Sənaye Bankı |
1,358 |
3 |
AGBank |
-0,080 |
4 |
Azərbaycan Beynəlxalq Bankı |
-0,099 |
5 |
İran Milli Bankı - Bakı |
-0,126 |
6 |
Pakistan Milli Bankı - Bakı |
-0,219 |
7 |
Naxçıvan Bank |
-0,230 |
8 |
Günay Bank |
-0,275 |
9 |
Bank Avrasiya |
-0,664 |
10 |
Zıraat Bank Azərbaycan |
-1,003 |
11 |
NBC Bank |
-1,392 |
12 |
Amrah Bank |
-2,044 |
13 |
Bank BTB |
-2,094 |
14 |
Bank VTB Azərbaycan |
-2,518 |
15 |
AFB Bank |
-2,552 |
16 |
Muğan Bank |
-2,729 |
17 |
Azər-Türk Bank |
-3,010 |
18 |
Turan Bank |
-3,023 |
19 |
Yapı Kredi Bank Azərbaycan |
-3,417 |
20 |
Premium Bank |
-3,655 |
21 |
Rabitəbank |
-4,210 |
22 |
Atabank |
-4,380 |
23 |
Express Bank |
-5,053 |
24 |
Nikoyl Bank |
-5,344 |
25 |
Bank of Baku |
-5,536 |
26 |
Bank Respublika |
-5,656 |
27 |
Xalq Bank |
-8,665 |
28 |
PAŞA Bank |
-9,399 |
29 |
Kapital Bank |
-10,297 |
30 |
Unibank |
-10,414 |