Azərbaycanda bank rebrendinq etməyi planlaşdırır. Söhbət “Nikoil Bank” ASC-dən gedir.
Bankın daxilindəki mənbədən verilən məlumata görə, avqust ayından etibarən “Nikoil Bank” fəaliyyətini “Yellow Bank” adı ilə davam etdirəcək.
Eləcə də bax: «Çətinliklər arxada qalıb, yeni qayda ilə işləyirik» - BANKİRLƏ MÜSAHİBƏ
Yenilik Bankın əməkdaşlıq etdiyi ingilis reklam şirkətinin məsləhəti ilə həyata keçirilir və bankın imicini artırmaq məqsədi daşıyır.
Bank bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi şəkildə müraciət etməyə hazırlaşır. Bankın adının dəyişdirilməsi və yeni loqonun hazırlanması ilə bağlı işlər davam etdirilir.
Eləcə də bax: Keçmiş bankir: «Azərbaycanda banklar məhkəmə işlərini udmaq üçün rüşvət verirdilər»
Mənbənin verdiyi məlumata görə, rebrendinqdə əsas məqsəd “Nikoil Bank”ın müsbət imicini bərpa etməkdir.
Son 3 il “Nikoil Bank” üçün ağır keçib. 2015-ci ildə baş verən devalvasiyalarla yanaşı, bankın rəhbərliyindəki problemlər, qurumun göstəricilərini kəskin pisləşdirmişdi. “Nikoil Bank” 2018-ci ili ən böyük zərərlə baş vuran iki bankdan biri olmuşdu. Kredit, depozit potfeli və aktivlər azalmışdı. Yalnız 2019-cu ildən bank yenidən mənfəətə qayıdıb. Rebrendinq və yeni ad banka müsbət imicini bərpa etməyə imkan yarada bilər.
Eləcə də bax: «Əli ilə verdiyi krediti ayağı ilə» axtarır – BANK HESABATI
Azərbaycan bankı adını dəyişir -EKSKLÜZİV
08:56
18 İyun 2019