«Bank Melli İran» Bakı filialınn 2018-ci ilin 3-cü rübündə kredit portfeli 4 mln 148 min manat təşkil edib.
FED.az xəbər verir ki, Bankın ayırdığı kreditlər yalnız Bakı şəhərində verilib.
Eləcə də bax: «Banklar bizi özlərinə rəqib görürlər»
Bank tərəfindən verilən kreditlərin sahələr üzrə bölgüsündə görünür ki, yalnız 3 sahəyə kredit verilib. Ən çox kredit fiziki şəxslərə verilən istehlak kreditləri – 3 mln 956 min manat və ya 95,37% olub.
Digər yerlərdə ticarət müəssələrinə verilən kreditlər – 123 min manat və digər-qeyri istehsal və xidmət sahələrinə verilən kreditlər- 69 min manat olub.
“Bank Melli İran”-ın hesabat dövründə problemli kreditlərinin məbləği 888 min manat və ya ümumi məəbləğdə xüsusi çəkisi 21,42% olub.
Digər kreditlərin məbləği və ümumi məbləğdə payı aşağdakı kimidir:
Qeyri-standart kreditlərin cəmi 977 min manat və ya 23,56%,
Qeyri-qənaətbəxş aktivlərin cəmi 193 min manat və ya 4,65%,
Təhlükəli aktivlər 54 min manat və ya 1,30%,
Ümidsiz aktivlər 730 min manat və ya 17,61%,
Kreditlər üzrə adi ehtiyatların məbləği 31 min manat və ya 0,76%,
Kreditlər üzrə məqsədli ehtiyatların məbləği isə 654 min manat vəə ya 15,78% təşkil edib.