Azərbaycanda fəaliyyət göstərən «Bank Avrasiya» 2020-ci ilin 1-ci rübü üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 2 709,42 min manat, faiz xərcləri 549,43 min manat təşkl edib.
Eləcə də bax: "Ziraat bank"ın vəziyyəti məlum oldu - HESABAT
Hesabat rübündə bankın qeyri-faiz gəlirləri 391,06 min manat, qeyri-faiz xərcləri 1 096,69 min manat olub.
Nəticədə «Bank Avrasiya» I rübü 1 milyon 456 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bu əvvəlki illə müqayisədə 11,3% azdır.
Bank bu vəsaitin 1 309,2 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldib. Nəticədə bankın xalis mənfəti 145,18 min manat təşkil edib.
Bu ötən ilin eyni göstəricisindən 10,4 dəfə çoxdur. Qeyd edək ki, «Bank Avrasiya»nın 2019-cu ilin 1-ci rübü üzrə mənfəəti 14,01 min manat olmuşdu.
Bankın mənfəətinin belə kəskin artmasının səbəbi, bu il əvvəlki illə müqayisədə daha az ehtiyat ayrılması olub. Belə ki, ötən il «Avrasiya bank» aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün
1 628 min manat manat vəsait ayırmışdı.
Birinci rübün nəticəsinə görə, «Bank Avrasiya»ın aktivləri 162 milyon 49 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalma), öhdəlikləri 92 milyon 123 min manat (8,5% azalıb), cəmi kapitalı 69 milyon 926 min manat (0.3% artıb) təşkil edib.
Bu dövrdə bankın kreditləri 108 milyon 336 min manat (0.8% azalıb), maliyyə institutlarındakı derpozitləri 3 milyon 375 min manat (3% artım), qiymətli kağızlara investisiyaları 19 milyon 187 min manat (33% azalıb) təşkil edib.
Birinci rübün sonunda bankdakı depozitlər 45 milyon 96 min manat (16,2% azalma), fiziki şəxslərin əmanətləri 40 milyon 116 min manat (2,9% artıb), hüquqi şəxslərin depozitləri isə 4 milyon 979 min manat (66,4% azalıb).