Cari ilin 6 ayı ərzində bank sektoru üzrə 88 milyon manat məbləğində silinmə baş verib.
Bank sektorunun kreditləşmə fəaliyyətində yüksək aktivlik davam edib
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, silinmələr əsasən istehlak portfeli üzrə məhdud sayda bankda baş verib. Belə ki, dövr ərzində silinmələrin 74 faizi (65 milyon manat) istehlak portfeli üzrə olub. Silinmələr nəzərə alınmadıqda sektor üzrə müvafiq əmsal 3 faiz təşkil edir.
Qeyri-işlək kredit portfelinin gecikmə günləri üzrə strukturunda 1 ildən çox gecikmiş kreditlərin portfeldə payı azalmaqda davam edir. 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11,3 faiz bəndi azalaraq 12,7 faizdən 1,4 faizə enib. Bir ildən yuxarı gecikmədə olan kreditlərin portfeldə payının azalmasına həmçinin banklar tərəfindən ümidsiz kateqoriyasında təsnifləşdirilmiş kreditlərin balansdan silinməsi müsbət təsir edir.