Bank sektorunun kreditləşmə fəaliyyətində yüksək aktivlik davam edir.
FED.az bu barədə Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatına istinadən xəbər verir.
2024-cü ilin I yarımili ərzində artan ÜDM (illik +4.3%) və qeyri-neft ÜDM (illik +6.9%) fonunda bank sisteminin kredit portfeli 19.4% (4.1 mlrd. manat) artaraq 25.4 mlrd. manat olub.
Kreditləşmənin bütün seqmentləri üzrə artım dinamikası müşahidə edilir. Belə ki, istehlak kreditləşməsi üzrə requlyativ çərçivənin sərtləşdirilməsi nəticəsində portfelin artım dinamikasında 2022-ci ildən başlayaraq azalma meyilləri nəzərə çarpsa da, son 1 ildə portfelin artım sürəti 20% ətrafında stabil olaraq qalmışdır (tənzimləyici çərçivəyə dəyişikliklərdən öncə istehlak portfeli üzrə illik artım tempi 32% olmuşdur, hazırda isə 21% təşkil edir). Əvvəlki ilin birinci yarısı ilə müqayisədə biznes kreditləri 19%, istehlak kreditləri 20.7%, ipoteka kreditləri 18.1% artıb