2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 48,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici avqustun 1-nə olan dövr ilə müqayisədə 274,3 milyon manat və ya 15,5%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 368,6 milyon manat və ya 21,9% çoxdur.
2023-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 774,5 milyon manat olub.
Bu ilin 1 avqust vəziyyətinə bu göstərici 1 milyard 680,2 milyon manat təşkil edib.