2020-ci ilin sentyabr ayının 1-ə olan məlumata görə, bank işçilərinin sayı 18 min 489 nəfərə çatıb.
Eləcə də bax: Banklara qoyulan depozitlər pandemiya dövründə - 1,4 MİLYARD MANAT AZALIB
FED.az xəbər verir ki, ilin əvvəlindən indiyədək 971 nəfər bank işçisi işdən çıxarılıb. Belə ki, 2020-ci ilin yanvarın 1-də bank işçilərinin sayı 19 min 460 nəfər olub.
Bu ilin ilk 3 ayında işçilərin sayı 386 nəfər artıb. Lakin aprel ayında 684 işçi, 771 işçi işdən çıxarılıb. İşçi sayı sonrakı aylarda artmağa başlayıb. Belə ki, işçi sayı iyun ayında 9 nəfər, iyul ayında 78 nəfər, avqust ayında 11 nəfər artıb.