Cari ilin ilk rübündə qeyri-faiz gəlirləri ən yüksək və ən aşağı olan bankların adları məlum olub.
FED.az bu barədə bankların qeyri-faiz gəlirlərinin həcmi üzrə hazırladığı renkinqə istinadən xəbər verir.
Belə ki, ilk rübün nəticələrinə görə “Kapital Bank” 132 milyon 270 min manat gəlirlə lider olub.
“Kapital Bank”dan sonra ikinci pillədə “Paşa Bank” olub. Bankın qeyr-faiz gəlirləri 74 milyon 193 min manat təşkil edib.
Üçüncü pillədə isə 67 milyon 636 min manat göstərici ilə Azərbaycan Beynəlxalq Bankı-ABB qərarlaşıb.
“Unibank”ın qeyri-faiz gəlirləri 24 milyon 396 min manat təşkil edib.
Üç bankın gəlirləri isə 10 milyon manatdan çox olub.
Belə ki, “Yelo Bank”ın qeyr-faiz gəlirləri 15 milyon 85 min manat, “Rabitəbank”nın qeyr-faiz gəlirləri 13 milyon 667 min manat, “Xalq Bank”ın qeyr-faiz gəlirləri 10 milyon 287 min manat təşkil edib.
Göstəriciləri aşağı olan banklar isə “Naxçıvanbank” (300 min manat) və “Bank Avrasiya” 529 min manat) olub.