Cari ilin ilk rübündə faiz gəlirləri ən yüksək və ən aşağı olan bankların adları məlum olub.
FED.az bu barədə bankların faiz gəlirlərinin həcmi üzrə hazırladığı renkinqə istinadən xəbər verir.
Belə ki, ilk rübün nəticələrinə görə “Azərbaycan Beynəlxalq Bankı” 209 milyon 525 min manat gəlirlə lider olub.
Bank sektorunun liderindən sonra ikinci pillədə “Kapital Bank”olub. Bankın faiz gəlirləri 191 milyon 229 min manat təşkil edib.
Üçüncü pillədə isə 121 milyon 909 min manat göstərici ilə “Paşa Bank” qərarlaşıb.
Üç bankın gəlirləri isə 50 milyon manatdan çox olub.
Belə ki, “Unibank”ın faiz gəlirləri 56 milyon 7 min manat, “Bank Respublika”nın faiz gəlirləri 54 milyon 149 min manat, “AccessBank”ın faiz gəlirləri 53 milyon 99 min manat təşkil edib.
Göstəriciləri aşağı olan banklar isə “Naxçıvanbank” (2 milyon 887 min manat) və “Bank Avrasiya” (3 milyon 599 min manat) olub.