Əldə etdiyimiz məlumata əsasən yaxın günlərdə Muğanbank ölkədə bir ilk olacaq “Muğanbank – Maliyyə Hub”ı layihəsini ictimaiyyətə təqdim edəcək.
Eləcə də bax: "Muğanbank"ın yeni “Uğur” filialı - Fəaliyyətə Başladı
FED.az xəbər verir ki, bankdan məlumat təsdiqlənsə də layihənin detalları barədə hələlik ətraflı məlumat verə bilməyəcəkləri bildirilib. “Artıq bir müddətdir ki, ölkəmizdə bir ilk olacaq “Muğanbank – Maliyyə Hub”ı layihəsi üzərində çalışmalar gedir. Hazırda layihə üzrə işlər tamamlanma mərhələsindədir. Yaxın günlərdə layihənin media və ictimaiyyətə təqdimatı olacaq. Layihənin məqsədi barədə qısa olaraq onu deyə bilərik ki, “Muğanbank – Maliyyə Hub”ı (FinHub) özündə kiçik və orta sahibkarlar üçün hərtərəfli inkişaf və eləcə də dəstəyi ehtiva edən bir ekosistemin yaradılmasını hədəfləyir. Layihə çərçivəsində sahibkarların bir çox üstünlüklərdən faydalanmaq fürsəti oalcaq. Ən əsası da kiçik və orta sahibkarlara Muğanbank tərəfindən maliyə dəstəyi göstəriləcək,”- deyə bankdan bildirilib.
Layihənin təqdimat tarixi ilə bağlı suala isə bank rəsmisi “Yaxın günlərdə təqdimatı olacaq,"-deyə cavabında bildirib.
Qeyd edək ki, banklar sahibkarlara dəstək məqsədilə daima kampaniyalar keçirir. Bununla belə, indiyə kimi Azərbaycan bank təcrübəsində “Maliyyə - Hub”ı layihəsi təcrübəsi olmayıb.