Azərbaycan bank sektorunun ümumi kredit portfeli bu ilin dekabrın 1-nə 29 milyard 685,5 milyon manata çataraq yeni tarixi rekorda imza atıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 317,4 milyon manat və ya 8,5% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə bankların cəmi kredit portfeli 27 milyard 368,1 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonu (27 mlrd. 477,7 mln. manat) ilə müqayisədə artım 2 milyard 207,8 milyon manat (8%) təşkil edib. Aylıq müqayisədə isə (noyabra nəzərən) portfel 281,6 milyon manat (1%) böyüyüb.
Xatırladaq ki, bankların cəmi kredit portfeli bu ilin noyabrın 1-nə 29 milyard 403,9 milyon manat, ötən ilin sonunda 27 milyard 477,7 milyon manat, ötən ilin eyni dövründə isə 27 milyard 368,1 milyon manat təşkil edirdi.












