Azərbaycanın kredit portfelinin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi sentyabrın 1-nə 15 milyard 91,8 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 92 milyon manat və ya 7,8% artım deməkdir.
Ötən il sentyabrın 1-də bankların biznes kreditləri portfeli 13 milyard 999,8 milyon manat təşkil edirdi.
Portfelin qısamüddətli dinamikası daha mülayim olub. Ötən ilin sonuna (14 mlrd. 787,2 mln. manat) nəzərən 304,6 milyon manatlıq (2,1%) artım olsa da, avqust ayı ilə müqayisədə biznes kreditləri 36 milyon manat (0,2%) artıb.
Müqayisə üçün qeyd edək ki, biznes kreditləri portfeli ötən ilin eyni dövründə 13 milyard 999,8 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, bu ilin avqustun 1-də isə 15 milyard 55,8 milyon manat təşkil edirdi.