2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 530,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Vaxtı keçmiş kreditlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat, yəni 12,2%, ötən ilin sonuna nəzərən 81,8 milyon manat, yəni 18,2%, aylıq müqayisədə isə 1,5 milyon manat, yəni 0,3% artıb.
Problemli kreditlərin artımı tamamilə milli valyutadakı kreditlərin hesabına baş verib. Manatla vaxtı keçmiş kreditlərin ümumi həcmi 434,3 milyon manata çatıb. Bu, illik müqayisədə 65,3 milyon manat (17,7%), ötən ilin sonuna nəzərən 86,6 milyon manat (24,9%), son bir ayda isə 0,7 milyon manat (0,2%) artım deməkdir.
Bu məbləğin 87,3 milyon manatı qısamüddətli kreditlərin payına düşür. Qısamüddətli problemli kreditlər illik müqayisədə 5,8 milyon manat (7,1%) artsa da, ötən ilin sonuna nəzərən 0,4 milyon manat (0,5%), aylıq müqayisədə isə 3,6 milyon manat (4%) azalıb.
Uzunmüddətli problemli kreditlərin həcmi isə 347 milyon manat olub. Bu, illik müqayisədə 59,5 milyon manat (20,7%), ötən ilin sonuna nəzərən 87 milyon manat (33,5%), aylıq müqayisədə isə 4,3 milyon manat (1,3%) artım deməkdir.
Əksinə, xarici valyutada vaxtı keçmiş kreditlərin ümumi həcmində azalma trendi müşahidə olunur. Bu göstərici 96,6 milyon manat təşkil edib. Bu, illik müqayisədə 7,5 milyon manat (7,2%), ötən ilin sonuna nəzərən isə 4,8 milyon manat (4,7%) azalmadır. Bununla belə, son bir ayda bu kreditlər 0,8 milyon manat (0,8%) artıb.
Onun 25,4 milyon manatı qısamüddətli kreditlərin payına düşür. Bu, illik müqayisədə 3,9 milyon manat (13,3%) azalma göstərsə də, ötən ilin sonuna nəzərən 1,1 milyon manat (4,5%), aylıq müqayisədə isə 2,1 milyon manat (9%) artıb.
Uzunmüddətli problemli kreditlərin həcmi isə 71,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 3,6 milyon manat (4,8%), ötən ilin sonuna nəzərən 5,9 milyon manat (7,7%), aylıq müqayisədə isə 1,3 milyon manat (1,8%) azalma deməkdir.
Xatırladaq ki, cəmi vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqustun 1-nə 529,4 milyon manat, ötən ilin sonunda 449,1 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 473,1 milyon manat təşkil etmişdir.