2022-ci ilin yanvar-iyun aylarında “Expressbank” aktivlərini 5,2% - 369,581 milyon manatadək artırıb.
Eləcə də bax: “Expressbank” ilin ikinci rübünü 8 milyon manat - MƏNFƏƏTLƏ BAŞA VURDU
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Bankın kredit portfeli 273,345 milyon manata (artım 4,5%), xüsusilə istehlak kreditləri 149,391 milyon manata (artım 8,3%), biznes kreditləri 87,221 milyon manata (azalma 2,6%) bərabərdir.
“Expressbank”ın öhdəlikləri 237,325 milyon manat (artım 4,3%) təşkil edir. 2022-ci il iyulun əvvəlinə bankın depozit portfeli 165,528 milyon manat (artım 6%), həmçinin əhalinin əmanətləri 126,979 milyon manat (artım 6,8%) məbləğində olub.
Bankın kapitalı 132,256 milyon manat (artım 6,8%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin birinci yarısının yekunları üzrə bankın xalis mənfəəti 8,028 milyon manat (2021-ci ilin analoji dövrü ilə müqayisədə artım 42,7% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb. Bankın səhmdarları 5 hüquqi və fərdi şəxsdir. (İnterfaks-Azərbaycan)