Bir müddət əvvəl Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verilib. Bu funksiya vasitəsilə istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi POS-terminallarda öz smartfonları vasitəsilə həyata keçirə bilirlər.
Eləcə də bax: BirBank ilə ƏDV üçün yarım milyondan çox istifadəçi - 85,4 Milyon Çek Daxil Edib
Azərbaycanda ilk dəfə olaraq bu xidmət artıq Mastercard vasitəsilə də mümkün oldu. Android istifadəçiləri cəmi bir dəfə BirBank mobil əlavəsində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard ödəniş kartını əlavə etməklə ödənişi həyata keçirmək üçün sadəcə telefonu POS-terminala yaxınlaşdırmalıdırlar. Məlumat üçün bildirək ki, bu xidmət Kapital Bank-ın istənilən növ Mastercard kartlar üzrə mövcuddur və ən yaxın gələcəkdə Maestro tipli kartları üzərində də mümkün olacaq.
Qeyd edək ki, BirBank tətbiqini 2 milyon nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.