“Azərbaycan Beynəlxalq Bankı” ASC-də yeni təyinat olub.
Eləcə də bax: “Yelo Bank”da - Yeni Təyinat
FED.az Banker.az-a istinadən xəbər verir ki, Zara İbrahimzadə Bankın Marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib.
ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.
Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.