Azərbaycan Beynəlxalq Bankına (ABB) yatırılan depozitlərin həcmi artıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki,2019-cu ildə ABB-yə yatırılan depozitlərin həcmi 5 milyard 636 milyon manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 1 milyard 278 milyon manat və ya 29,3% çoxdur. Belə ki, 2018-ci ildə banka yatırılan depozitlərin cəmi məbləği 4 milyard 358 milyon manat təşkil etmişdi.
Eləcə də bax:Beynəlxalq Bank 300 milyon manat - MƏNFƏƏT AÇIQLADI
2018-ci illə müqayisədə 2019-cu ildə banka fiziki və hüquqi şəxslər tərəfindən yatırılan depozitlərin həcmi artmışdır.
Belə ki, 2019-cu ildə Beynəlxalq Banka yatırılan fiziki şəxslərin depozitləri 1 milyard 188 milyon manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 48 milyon 727 min manat və ya 4,3% çoxdur. 2018-ci ildə fiziki şəxslər tərəfindən banka 1 milyard 139 milyon manat depozit yatırılmışdı.
2019-cu ildə hüquqi şəxslər tərəfindən banka 4 milyard 448 milyon manat depozit yatırlıb. Bu göstərici 2018-ci illə müqayisədə 1 milyard 229 milyon manat və ya 38,2% çoxdur. 2018-ci ildə hüquqi şəxslər banka 3 milyard 219 milyon manat yatırmışdı.
Məlumat üçün bildirək ki, ümumilikdə 2019-cu ildə bankın öhdəlikləri 7 milyard 884 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1 milyard 113 milyon manat və ya 16,4% çoxdur. Qeyd edək ki, 2018-ci ildə bankın öhdəlikləri 6 milyard 772 milyon manat təşkil etmişdi.