Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında birgə əməkdaşlığa dair görüş keçirilib.
Eləcə də bax:Azərbaycanda bank rəhbəri işdən azad edildi - EKSKLÜSİV
Görüşdə Azexport.az, EnterpriseAzerbaijan, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı ilə Beynəlxalq Bank arasında mövcud ola biləcək birgə əməkdaşlıq imkanları müzakirə olunub.
FED.az xəbər verir ki, görüş ərəfəsində Azexport.az portalının və Azərbaycan Beynəlxalq Bankının birgə əməkdaşlığı çərçivəsində Made in Azerbaijan məhsullarının dünyanın bir çox ölkələrinə ixracı zamanı ixracatçı şirkətlərə bankın faktorinq, akkreditiv, ixrac sığortası və digər maliyyə xidmətlərinin təklif olunması müzakirə olunub.
Həmçinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin digər layihəsi olan EnterpriseAzerbaijan portalının meneceri Oruc Dursunzadə isə portalın kiçik və orta sahibkarlığın inkişafına verdiyi təkanı xüsusi qeyd edib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov Mərkəzin həyata keçirdiyi layihələrin ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb, Beynəlxalq Bank ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında yaxın gələcəkdə əməkdaşlığın baş tutacağını vurğulayıb.