Sabahdan başlayaraq yanvarın 7-nə qədərki bayram günlərində Azərbaycandakı bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.
Eləcə də bax: Azərbaycanda olan ödəniş kartları və bankomatların sayı - AÇIQLANIB
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində AMB-nin yaratdığı bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.
Koordinator: Azər Quluyev
Qaynar xətt: (+994) 70 922 29 99