“Dünyada bank müştərisi olmayan yoxdur” düşünə bilərik.
Nağdlaşdırma və köçürmə üçün ən yaxşı üsul hansıdır? - FOTOLAR
Çünki bank məhsullarından istifadə etməmək, bank kartı, kredit kartı, kredit xətti kimi xidmətlərin olmadığı bir həyat çətin təsəvvür olunandır. Lakin həqiqət belədir ki, dünyada hələ də bu xidmətlərdən istifadə etməyənlər var.
2017-ci ildə Dünya Bankı 1,7 milyard “bankı olmayan” şəxsin olduğunu bildirdi, yəni bu şəxslərin hər hansı “maliyyə təşkilatında” və ya elektron pulqabılarda hesabı yoxdur.
Detallara birlikdə girək:
Banksız əhalinin böyük hissəsi qadınlardır
Hələ dünya bankının 2017-ci il açıqlamalarında bildirildi ki, bank müştərisi olmayan qadınların faiz nisbəti 57% edir. Bunun səbəblərindən biri dünya əhalisinin əsasını təşkil edən Çin və Hindistanda banksız qadınların əhalinin 60%-ni təşkil etməsidir.
İnsanların banksız olmalarının müəyyən səbəbləri var.
2017 Qlobal Findex sorğusu bank hesabı olmayanlardan niyə hesabı açmamağı seçdiklərini soruşub. Respondentlərin təxminən üçdə ikisinin göstərdiyi ən ümumi səbəbi sadəcə pul çatışmazlığı idi. İkinci yerdə, bankı olmayan yetkinlərin 30%-i hesaba ehtiyac duymadıqlarını söyləyib. Təxminən 26%-i hesabların çox baha olduğunu, 26%-i isə hesabın lazım olmadığını bildirib, çünki ailə üzvünün artıq hesabı var. Digər səbəblər arasında məsafə, sənədləşmə tələbləri, maliyyə sisteminə inamsızlıq və dini məsələlər daxildir.
Bank xidmətlərinin göstərilməsi insanları yoxsulluqdan çıxara bilərmi?
Dünya Bankı Qrupunun prezidenti Robert B. Zoellik deyib ki, “banksız” olan 2,5 milyard insana maliyyə xidmətlərinin göstərilməsi iqtisadi artımı və yoxsullar üçün imkanlarını artıra bilər”. O, daha sonra qeyd edir ki, "maliyyə xidmətlərinin gücündən istifadə etmək həqiqətən insanlara məktəb üçün pul ödəməyə, ev üçün qənaət etməyə və ya başqalarını işlə təmin edə biləcək kiçik bir işə başlamağa kömək edə bilər."
Ölkəmizdəki mənzərəyə nəzər salaq
Hazırda ölkəmizdə əhalinin yarısında çoxu bank məhsullarının istifadəçisidir. Texnologiyanın inkişafı, ƏDV-lərin xalqa geri qayıtması ölkəmizdəki banksız əhalini hərəkətə gətirdi. ƏDV balansı, asan və sürətli ödəmə və asan qeydiyyat prosesi qısa müddətdə istifadəçilərin mobil ödəmə texnologiyalarına olan marağı artırdı.
Banksız əhali üçün də alternativ olaraq elektron pulqabı təklif edilir. Misal üçün, PashaPay şirkətinin m10 elektron pulqabısının balansını artırmaq üçün bank kartınız olmasa belə, nağd pulunuzu MilliÖN ödəmə terminalları vasitəsilə m10 hesabına köçürə bilərsiniz.
Bir çoxları üçün bank xidmətləri asanlıqla əlçatan və demək olar ki, həyat faktı kimi görünsə də, digərləri üçün bu cür xidmətlər uyğun deyil. İstənilən halda alternativ maliyyə metodları insanların əlinə çatır.