Statistikaya görə ölkəmizdə 10 milyondan çox bank kartı istifadə olunur.
Bəzilərimizin heç kartı olmasa da, bəzi insanlar 3 və ya 4 bank kartından istifadə edir. Alış-veriş, köçürmə, əmək haqqı, nağdlaşdırma kimi əməliyyatlar üçün bank kartımız köməyimizə çatır.
Ölkəmizdəki bir çox banklar müxtəlif təkliflərlə bank kartını istifadəçilərin xidmətinə verir. Keşbek, pulsuz nağdlaşdırma, pulsuz köçürmə kimi özəlliklər bu kartların əsas təklifləridir.
Qanunvericilik banklara köçürmə və nağdlaşdırma zamanı komissiya tutmaq üçün imkan verir. Əksər debit kartlar cüzi də olsa nağdlaşdırma komissiyası tutur. Əlbəttə ki, məbləğ böyüdükcə nağdlaşdırma komissiyası da böyüyəcək, bu səbəbdən istifadəçilər pulsuz nağdlaşdırma imkanı yaradan banklara üz tuturlar.
Bəs bunun kimi əməliyyatlar üçün ən əlverişli üsul hansıdır? Birlikdə nəzər salaq.
Leobank 2000 manatadək nağdlaşdırmalardan faiz tutmur
Bazarın ən iri oyunçularından olan mobil Leobank tətbiqi nağdlaşdırma üçün 2000 manat limit təklif edir. Ay ərzində köçürmə və nağdlaşdırmalarınız 2000 manatı keçərsə, 0,5% komissiya ödəməli olacaqsınız.
Birbank keşbek kartı daha böyük limitlə təklif olunur
Nağdlaşdırma və köçürmələrə 5000 limit tətbiq edən daha bir böyük oyunçu — Birbank istifadəçilər üçün rəqibindən daha çox imkan qədim edir. Limiti keçdiyiniz təqdirdə 0,5% komissiya balansınızdan əksiləcək.
Limitsiz köçür, limitsiz nağdlaşdır — m10
Bazarın yeni, 1 milyon istifadəçiyə çatmış güclü oyunçusu, PashaPay-ə məxsus m10 tətbiqi köçürmə və nağdlaşdırmalara komissiya tətbiq etmir. İstifadə etmək üçün karta və ya uzun nömrələri yadda saxlamağa da ehtiyac yoxdur. Hər şey telefonunuzda baş verir. Yenilikləri ilə bankları inkişafa aparan m10 təkliflər barəsində açıq liderdir. Təklifləri dəyərləndirərkən alış-veriş və köçürmə qabiliyyətinizi, aylıq xərclərinizi nəzərə alaraq seçim etmək lazımdır. Kiçik ödənişlər zamanı komissiya tutulmasa da, limiti keçdikdən sonra komissiyaya məruz qalmamaq üçün ən yuxarı təklifi və ya ən yaxşısı, limitsiz təklif edənləri seçin. Çünki müasir dövrdə komissiya ödəmək pulu havaya saçmaq kimidir.