Banklar 2021-ci ildə müflislik və işçilərin ixtisarı məsələlərində daha hazırlıqlı olacaq, ancaq bu, sektorun heç bir probleminin olmayacağı demək deyil.
Eləcə də bax: Azərbaycandakı bankların iqtisadiyyata tələbi - "S&P"nin Proqnozunu Üstələyib
FED.az xəbər verir ki, bu barədə “IHS Markit” araşdırma şirkətinin “Qlobal bankçılıq” hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, indiyə qədər aktivlərinin keyfiyyəti aşağı olan banklarda 2020-ci ilin şoku nisbətən gec aradan qalxacaq və onlar kiçik kredit riskləri ilə üzləşə bilər.
“IHS Markit” banklarla bağlı gələn il diqqət yetirilməli olduqları məqamları da açıqlayıb.
1) Koronavirusa qarşı peyvəndlə bağlı müsbət xəbərlər olsa da, tənzimləyici qurumlar banklara dəstəyi 2021-ci ildə də davam etdirə bilər.
2) Böyük iqtisadiyyatlar zəifləsə də, bank hesabatlarında bu o qədər də kəskin nəzərə çarpmır.
3) Bir çox ölkələrdə banklar kredit şərtlərini sərtləşdirdiyi üçün, kreditləşmənin artımı zəifləyə bilər.
4) Bank sektoru mənfəətlilik baxımından hələ depresiyyada qalacaq.
5) Bankların dividend ödənişləri ilə bağlı məhdudiyyətləri götürülsə də, onlar kapitallaşmaya üstünlük verməlidir.
6) Güclü bərpa olunan iqtisadiyyata malik ölkələrin bankların, zəif bərpa olunan iqtisadiyyata malik ölkələrin banklarını satın ala bilər.
7) İnkişaf etməkdə olan ölkələrdə (xüsusilə Sahara Afrika, Latın Amerikası və Pakistan kimi ölkələrdə) ictimai risk artmağa davam edə bilər.
8) Bankların bərpa və həll rejimlərində yeniləmə həvəsi ola bilər
9) Davamlı ətraf mühit və idarəetmə (ESG) təşəbbüslərinə daha çox diqqət yetirmək lazım gələcək.
10) Bank sektoru kiber hücumlarla qarşı-qarşıya qala bilər. (Report)