Bu ilin noyabrın 1-nə Azərbaycandakı kommersiya banklarının iqtisadiyyata tələbi 15 302,4 mln. manat və ya ÜDM-in 26,2%-ni təşkil edib ki, bu da həcm ifadəsində aylıq müqayisədə 2,4% çoxdur.
Eləcə də bax: Azərbaycanda bank sisteminin – SON VƏZİYYƏTİ AÇIQLANDI - RƏQƏMLƏR
FED.az AMB-ə istinadən xəbər verir ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 1,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,9% artıb.
Qeyd edək ki, "S&P Global Ratings" agentliyinin son proqnozuna əsasən bu il Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbinin ÜDM-ə nisbətinin 21,6%-ni təşkil edəcəyini, lakin növbəti 3 ildə ÜDM-də payı tədricən azalaraq, müvafiq olaraq 20,3%, 20,1% və 19,6%-ə bərabər olacağını gözləyir. (Apa)