2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 72,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 milyon və ya 17,6% manat artıb.
Belə ki, 2024-cü ilin I rübündə bankların bu qəbildən olan gəlirləri 61,5 milyon manat təşkil edib.
Aylıq müqayisədə isə 19,5 milyon manat və ya 36,9% artım baş verib. Bir ay əvvələ isə bu göstərici 52.8 milyon manata bərabər olub.