2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızlar portfelindən əldə etdiyi faiz gəlirləri 505,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların qiymətli kağızlar üzrə faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 113,2 milyon manat, yəni 28,8% artıb. Aylıq müqayisədə isə artım 42,8 milyon manat, yəni 9,2% yüksəlib.
Xatırladaq ki, bankların qiymətli kağızlar üzrə faiz gəlirləri bu ilin noyabrın 1-nə 463,1 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 392,7 milyon manat təşkil edib.
Bu, bankların cəmi faiz gəlirlərinin (4 milyard 554,2 milyon manat) 11,1%-i deməkdir. Müqayisə üçün, ötən ilin eyni dövründə qiymətli kağızların faiz gəlirlərindəki payı 10,9% təşkil edirdi. Bu da göstərir ki, qiymətli kağızlar banklar üçün getdikcə daha əhəmiyyətli faiz gəliri mənbəyinə çevrilir.












