2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelindən əldə etdiyi faiz gəlirləri 3 milyard 585,1 milyon manat təşkil edib. Bu, bankların əsas gəlir mənbəyinin davamlı olaraq artdığını göstərir.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların kreditlər üzrə faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 777,4 milyon manat, yəni 27,7% artıb. Aylıq müqayisədə isə artım 350,5 milyon manat, yəni 10,8% təşkil edib.
Xatırladaq ki, bankların kreditlər üzrə faiz gəlirləri bu ilin noyabrın 1-nə 3 milyard 234,6 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 2 milyard 807,7 milyon manat təşkil edib.
Bu gəlirlər bankların cəmi faiz gəlirlərinin (4 milyard 554,2 milyon manat) 78,7%-ni təşkil edir. Müqayisə üçün, ötən ilin eyni dövründə kreditlərin cəmi faiz gəlirlərindəki payı 78,0% idi.












