2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarında qiymətli kağızlar üzrə aktivlər 7 milyard 653,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Qiymətli kağızlara yatırımlar aylıq müqayisədə 306,2 milyon manat (3,8%) azalıb, ötən ilin sonu ilə müqayisədə 555,8 milyon manat (7,8%) , illik müqayisədə 31,6 milyon manat (0,4%) artıb.
Bunun da 4 milyard 643,6 milyon manatı yəni 60,9%-i milli, 3 milyard 271,5 milyon manatı (39,1%-i) xarici valyutada formalaşıb.
Bu göstərici də aylıq müqayisədə 215,2 milyon manat (6,2%) azalıb, ötən ilin sonu ilə müqayisədə 230 milyon manat (7,6%), illik müqayisədə 292,9 milyon manat (10%) böyüyüb.