2024-cü ilin fevralın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 321 milyon manat olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,4 milyon manat və ya 17,3% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin fevralın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 273,6 milyon manat olmuşdu.
2024-cü ilin yanvar ayında bankların qeyri-faiz gəlirlərin həcmi isə 141,6 milyon manat olub ki, bu da ilik müqayisədə 57,1 milyon manat və ya 67,5% artım deməkdir.
Xatırladaq ki, ötən ilini eyni dövründə bank sektorunun qeyri-faiz gəlirləri 84,6 milyon manat olmuşdu.
Nəticədə 2024-cü ilin yanvar ayı üzrə bankların ümumi gəlirlərində faiz gəlirlərinin payı 69,4%, qeyri-faiz gəlirlərinin payı isə 30,6% təşkil edib.
Ötən il isə ümumi gəlirlərdə faiz gəlirlərinin payı 73,4%, qeyri-faiz gəlirlərinin payı 23,6% təşkil etmişdi.