2024-cü ilin fevralın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 321 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,4 milyon manat və ya 17,3% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin fevralın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 273,6 milyon manat olub.
Faiz gəlirlərinin 239,7 milyon manatı kreditlərdən əldə edilən faiz gəlirlərinin, onun da 7,4 milyon manatı -faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatların payına düşüb.
Bundan başqa maliyyə sektorunda yerləşdirilmiş vəsaitlər üzrə gəlirlər 32,9 milyon manat, qiymətli kağızlar üzrə faiz gəlirləri 36,2 milyon manat, digər faiz gəlirləri 12,3 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə kreditlərdən əldə olunan gəlirlər 39,8 milyon manat (19,9%), maliyyə sektorunda yerləşdirilmiş vəsaitlər üzrə gəlirlər 6,4 milyon manat (24,2%), qiymətli kağızlar üzrə faiz gəlirləri 1,6 milyon manat (4,6%) artıb, digər faiz gəlirləri isə 0,4 milyon manat və ya 3,2% azalıb.
Hesabat dövründə ümumi faiz gəlirlərinin payı 69,4% təşkil edib.