Dünya maliyyə mərkəzi olaraq tanınan Londonda yerləşən banklar ofislərini kiçildirlər.
Eləcə də bax: ABŞ Çin şirkətlərinə qarşı maliyyə sanksiyaları - TƏTBİQ EDƏ BİLƏR
FED.az xəbər verir ki, Britaniya Maliyyə Naziri John Glen bankların koronavirusdan sonra evdən iş modelinə keçdiyini vurğulayıb.
Glen bu gün qatıldığı iclasda "Keçən həftə CEO-larla görüşlərim zamanı hamısının evdən işləməyə dair fərqli fikirləri olduğunu gördüm" deyib.
O açıqalamasında "Bəzi banklar şəhərlərdə aktivlərini azaldacaq, bəziləri isə ofislərə təkarar geri dönməyi düşünür" deyə qeyd edib.
Qeyd edək ki, banklar uzunmüddətli dövrdə Londonun mərkəzindən çıxmaqla qənaət etmək istəyirlər.