ABŞ Çinin 20 şirkətinə qarşı maliyyə sanksiyaları tətbiq edilməsini nəzərdən keçirir.
FED.az xəbər verir ki, Pentaqonun tərtib etdiyi siyahıda “Huawei”, “Hikvision”, “China Mobile Communications Group”, “China Telecommunications Corp” və “Aviation Industry Corp. of China” şirkətlərinin də adı var.
Eləcə də bax: ABŞ prezidenti Çinlə ticarət sazişini - DAYANDIRIR
Amerika tərəfinin fikrincə, həmin şirkətlər Çin Xalq Azadlıq Ordusu tərəfindən dəstəklənir. Sənəd ABŞ Konqresinə göndərilib. (Report)