2025-ci ilin avqustun 1-nə (iyul ayının yekunu) Azərbaycanda bankların sənaye sahəsinə verdiyi kreditlərin portfeli 2 milyard 615,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Sənayeyə yönələn kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 77,6 milyon manat, yəni 2,9%, ötən ilin sonuna nəzərən 95,4 milyon manat, yəni 3,5%, son bir ayda isə 72,6 milyon manat, yəni 2,7% azalıb.
Xatırladaq ki, sənaye üzrə kredit portfeli bu ilin iyulun 1-nə 2 milyard 688,5 milyon manat, ötən ilin sonunda 2 milyard 711,3 milyon manat, 2024-cü ilin avqustun 1-nə isə 2 milyard 693,5 milyon manat təşkil edib.