Bu ilin mart ayının sonuna Azərbaycanda iri sahibkarlığa verilmiş kreditlərin həcmi 8 milyard 514,3 milyon manat olub.
Azərbaycanda kreditlərin ən ucuz verildiyi - 7 İQTİSADİ RAYON - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin fevral ayının sonu ilə müqayisədə 125 milyon manat və ya 1,5% çoxdur.
Ötən ilin mart ayının sonuna nəzərən bankların iri sahibkarlığa verdiyi kreditlərin həcmi isə 153,1 milyon manat (1,8%) artıb.
Qeyd edək ki, mart ayının sonuna bankların biznes kredit portfelinin həcmi 16 milyard 214,8 milyon manat (1 milyard 279,8 milyon manat / 8,6% çox) olub.














