Azərbaycanda kredit faizlərinin ən aşağı olduğu iqtisadi rayonların siyahısı açıqlanıb.
AMB-nin kredit kartları ilə bağlı şərtləri sərtləşdirməsi özünü göstərir – KREDİT KARTI İSTİFADƏ EDƏNLƏRİN SAYI AZALIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cari ilin mart ayının sonunda ölkə üzrə orta faiz dərəcəsinin ən aşağı olduğu iqtisadi rayon Bakı iqtisadi rayonudur. Bu iqtsadi rayonda kreditlərin orta faiz dərəcəsi 12,86% (23 milyard 14 milyon 177 min manat) təşkil edir.
Siyahının ikinci yerində Şərqi Zəngəzur iqtisadi rayonu qərarlaşıb. Burada bu göstərici 14,78% (24 milyon 491 min manat) olub.
Naxçıvan iqtisadi rayonunda kreditlərin orta faiz dərəcəsi 15,38% (496 milyon 684 min manat) təşkil edib.
Abşeron-Xızı iqtisadi rayonunda kreditlərin orta faiz dərəcəsi 16,62% (1 milyard 231 milyon 185 min manat), Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 17,99% (918 milyon 189 min manat) olub.
Siyahının altıncı yerində 18.04% (615 milyon 706 min manat) dərəcəsi ilə Şəki-Zaqatala iqtisadi rayonu, yeddinxi yerində isə 18.27% (513 milyon 369 min manat) dərəcəsi ilə Quba-Xaçmaz iqtisadi rayonu qərarlaşıb.
Qeyd edək ki, ölkə üzrə verilmiş kreditlərin ümumi məbləği isə 30 milyard 290 milyon 349 min manat, orta faiz dərəcəsi isə 14,22% təşkil edib.














