2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz xərcləri 1 milyard 676,2 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 585 milyon manat, yəni 53,6% artıb. Aylıq müqayisədə isə artım 168,3 milyon manat, yəni 11,1% yüksəlib.
Xatırladaq ki, bankların faiz xərcləri bu ilin noyabrın 1-nə 1 milyard 507,9 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 1 milyard 91,2 milyon manat təşkil edib.
Bankların ən böyük xərc maddəsi olan depozitlər üzrə ödədikləri faizlər 1 milyard 164,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 350,8 milyon manat (43,1%) artım deməkdir. Son bir ayda isə bu xərclər 111,4 milyon manat (10,6%) artıb.












