Azərbaycanda fəaliyyət göstərən banklar müştəriləri üçün sərfəli şərtlərlə nağd pul kreditləri təklif edir.
Bu il güzəştli kreditlərin 71%-i regionların payına düşüb
FED.az bankların təqdim etdikləri kreditlər üzrə illik faiz dərəcəsini , komissiya xərcini, kreditin təqdim olunduğu müddəti və kreditin həcmini araşdırıb.
Ümumilikdə banklar üzrə ayrılan kredit məbləği 200 – 150 000 AZN aralığında dəyişir , illik faiz dərcələri isə minimal 9,9%-dən başlayır. Komissiya xərcləri isə 0-5% aralığında dəyişir. Kreditin müddətinə gəlincə müştərilər əldə etmək istədikləri krediti minimum 3 ay maximum 60 ayadək əldə edə bilərlər.
"Bank of Baku" verdiyi kreditlərdən 33 milyon manat - GƏLİR ƏLDƏ EDİB
Bəzi banklarda hal hazırda akiv kampaniyalarda mövcuddur. Bank Respublikadan komissiya ödəmədən kredit əldə etmək istəyənlər üçün bank 1 iyun 2024-cü il tarixinə qədər kampaniya çərçivəsində komissiyasız kredit təqdim edir.
"Bank BTB"-nin biznes kredit portfeli -72 MİLYON MANATA YAXINLAŞIR - 3%-LİK ARTIM
Xalq Bankın keçirdiyi kampaniya şərtlərinə əsasən müştərilər istehlak kreditini müddətdən asılı olmayaraq illik 12%-lə əldə edə bilərlər. Sözügedən kampaniya 30 iyun 2024-cü ilə qədər qüvvədədir.
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit - CƏLB EDİB
Expressbankda hazırda aktiv olan kredit kampaniyaları çərçivəsində kredit əldə edən müştərilərə balansında 10 000 manatadək vəsait olan Expresso Standart və ya Platinum kredit kartı hədiyyə olunacaq.
Banklar üzrə daha detallı göstəricilər cədvəldə :
Bank |
Məbləğ (AZN) |
İllik faiz dərəcəsi başlayır
|
Komissiya
|
Müddət (ay) |
Azərbaycan Beynəlxaq Bankı |
300 – 40 000 |
10,9 % |
0% |
3-60 |
Azər- Türk Bank |
300 – 40 000 |
11% |
0-1% |
3-48 |
Access Bank |
500 – 40 000 |
15,02% |
0-3% |
6-48 |
AFB Bank |
500 – 50 000 |
11,15% |
0% |
3-59 |
Azərbaycan Sənaye Bankı |
500 – 30 000 |
13,70% |
1% |
2-36 |
Bank Avrasiya |
500 – 30 000 |
12% |
0% |
12 – 59 |
Bank BTB |
300 – 30 000 |
18% |
0% |
3-48 |
Bank of Baku |
300 – 50 000 |
12,81% |
1% |
3-59 |
Bank Respublika |
500 – 50 000 |
13% |
0% |
6- 48 |
Expressbank |
300 – 70 000 |
10,9% |
0-4% |
3- 59 |
Kapital Bank |
300 – 50 000 |
10,9 % |
Komissiyalı və komissiyasız kredit var . Komissiyalı kredit zmanı 3% komissiya. |
3- 59 |
Naxçıvanbank |
500 – 30 000 |
16% |
1% |
3- 48 |
Rabitəbank |
200 – 30 000 |
15,35% |
0-3% |
3-48 |
Turan Bank |
500 – 50 000 |
12,9% |
0-2% |
6-59 |
Unibank |
300 – 50 000 |
11% |
1-5% |
3-60 |
VTB Bank |
300 – 50 000 |
10,49% |
0% |
3-59 |
Xalq Bank |
500 – 150 000 |
12% |
0,2% |
12-60 |
Yapı Kredi Azərbaycan |
300 – 50 000 |
16,9% |
1,65-2% |
3 – 59 |
Yelo Bank |
400 – 50 000 |
14% |
0 – 3,5% |
6-59 |
Paşa Bank |
2 000 – 50 000 |
11,5% |
0-3% |
3 – 48 |
Ziraat Bank |
*50 000 və daha yuxarı |
12,9% |
1% |
36 ayadək |
*Qeyd : Ziraat Bankda təminata görə kredit məbləği fərqlidir. Bankın şərtlərinə əsasən 25 000 AZN -dək (və ya məbləğin xarici valyuta ekvivalenti) - ən az bir fiziki şəxs zaminliyi, 25 000 AZN - 50 000 AZN (və ya məbləğin xarici valyuta ekvivalenti) - qızıl və/və ya daşınmaz əmlak və/və ya iki fiziki şəxs zaminliyi, 50 000 AZN (və ya məbləğin xarici valyuta ekvivalenti) və yuxarı məbləğlər üçün - qızıl və/və ya daşınmaz əmlak girovu ilə kredit almaq olar.