Bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri 636,4 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 186,5 milyon manat (41,5%) , aylıq müqayisə ilə 66 milyon manat (11,6%) çoxdur.
Bu ilin sentyabr ayının birinə bankların depozitlər üzrə faiz xərcləri 570,4 milyon manat, ötən ilin oktyabrın 1-nə isə 449,9 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində bankların müddətli depozitlər üçün ödədiyi məbləğlər aylıq 57,7 milyon manat (11,8%), illik isə 168,5 milyon manat (44,5%) artaraq 547,2 milyon manata yüksəlib.