Son bir ildə Azərbaycanda bank sektorunda çalışanların sayı 2 min nəfərdən çox artıb.
Azərbaycanın bank sektorunda son vəziyyət - AÇIQLANDI
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, xəbər verir ki, 2023-cü ilin mayın 1-ə olan məlumata görə Azərbaycanın bank sektorunda 23 min 258 nəfər çalışır. Bu 2022-ci ilin mayın 1-nə nisbətən 2031 nəfər və ya 10% artıqdır. Belə ki, ötən ilin eyni dövründə banklarda 21 227 nəfər çalışırdı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bank əməkdaşları ölkədə ən yüksək maaş alanlar arasındadırlar. Belə ki, 2023-cü ilin aprelin 1-ə olan məlumata görə, Azərbaycapnda maliyyə və sığorta sahəsində çalışanların orta aylıq əmək haqqı 2053 manat təşkil edir. Özəl sektorda orta əmək haqqı 2290 manat, dövlət sektorunda isə 1996 manat olub.