Bankların tətbiq etdiyi SMS məlumatlandırma xidməti istifadəçilərə öz mobil cihazlarından istifadə edərək zaman və məkandan asılı olmayaraq bank əməliyyatlarını idarə etməyə imkan verən sistemdir.
Banklar arasında «card to card» əməliyyatı neçəyədir? – BANKLAR, KARTLAR, KOMİSSİYALAR - SİYAHI
FED.az xatırladır ki, bu xidmət günün istənilən vaxtında və istənilən yerdə maliyyə əməliyyatlarını izləməyə imkan verir. Bu xidmət eyni zamanda istifadəçilərin həssas maliyyə məlumatlarını qoruyur və onlara təhlükəsiz əməliyyatlar aparmağa imkan verir.
«YELO LİGHT», «ATB CARD», «My CARD STANDARD» - Hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Banklar üzrə bu tariflər aylıq və illik müəyyənləşdirilib.
Vüqar Bayramov: "İri banklar SMS xidmətini kəskin bahalaşdırır, AMB ciddi addım atmalıdır"
FED.az Azərbaycandaki bankların bu xidmət haqqı üzrə tətbiq etdikləri tarifləri araşdırıb. Məlum olur ki, xidmət haqları müxtəlif amillərdən asılı olaraq kəskin fərqlənir və müxtəlif banklarda aylıq 0,40 AZN – 5 AZN aralığında dəyişir.
«Bolkart», «Kartmane», «NeoKart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Digər tərəfdən, əksər banklarda SMS məlumatlandırma xidməti aylıq xidmət haqqı ilə təmin olunsa da, fərqli yanaşmalar da var.
«Tam Kart», «Birkart», «Leo kart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Məsələn, digər banklardan fərqli olaraq «Bank of Baku» kartın müddəti bitənədək bir dəfəlik ödəniş haqqı tətbiq edib və sair.
Daha detallı cədvəldə:
Banklar |
SMS məlumatlandırma xidmətinə görə ödəniş |
Azərbaycan Beynəlxalq Bankı |
VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card, Mastercard Yuventus Platinum kartları üzrə ödənişsiz.
Bankın digər kartları üzrə aylıq 0,40 AZN . |
Azər-Türk Bank |
ATB card debit , ATB car junior və ATB card depozit – aylıq 1 AZN ATB card kredit - ödənişsiz ATB card premium - aylıq 2 AZN 10 AZN (qeyri-rezident - Azərbaycan Respublikasının vətandaşı olmayan şəxslər)
|
Access Bank |
Ödənişsiz |
AFB Bank |
Aylıq 0,95 AZN |
Azərbaycan Sənaye Bankı |
Ödənişsiz |
Bank Avrasiya |
Aylıq 1 AZN |
Bank BTB |
Aylıq 1,30 AZN |
Bank of Baku |
Birdəfəlik xidmət haqqı 5 AZN təşkil edir. Bir dəfə balansdan çıxılır və kartın müddəti bitənədək aktiv qalır. |
Bank Respublika |
Visa Mover, Visa Mover Platinum, MC Black Edition, MC World Elite və Visa infinite kartları üçün - ÖDƏNİŞSİZ. Bankın digər kartları üzrə - aylıq 0,99 AZN |
Expressbank |
Aylıq 0,90 AZN |
Kapital Bank |
Aylıq 1 AZN |
Naxçıvan Bank |
İllik 15 AZN |
Paşa Bank |
Aylıq 3 AZN |
Premium Bank |
Aylıq 0,90 AZN |
Rabitəbank |
VISAGold/MC Gold – aylıq 0,50 AZN MC Platinum/Black – ÖDƏNİŞSİZ Bankın digər kartlarında - aylıq 1 AZN |
Turan Bank |
Aylıq 1 AZN |
Unibank |
Aylıq 1 AZN |
Xalq Bank |
World MasterCard Black Edition kartları və Visa İnfinite kartı - ÖDƏNİŞSİZ. Digər kartlarda - aylıq 1,18 AZN |
Yelo Bank |
Yelo Premium kartı üzrə - ÖDƏNİŞSİZ. Digər kartlarda - aylıq 1,20 AZN |
Yapı Kredi Bank |
Pulkart”da 6 aylıq 5 AZN, 12 aylıq 10 AZN təşkil edir. Worldcardda - Ödənişsizdir |
Ziraat Bank |
Aylıq 2 AZN |