“Azərbaycanda bağlanmış 4 bankda (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lər) təxminən 100 sığortasız əmanətçi var”.
Eləcə də bax: «Konstitusiya Məhkəməsinə müraciət edib məsələni vətəndaşların xeyrinə həll edəcəyik»
FED.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında məlumat verib.
“Onların sayı “AGBank”da 30, “Amrah Bank”da 21, “Atabank”da 26, “NBC Bank”da da elə təxminən bu qədərdir”, - o deyib. (Report)