Azərbaycan banklarının qiymətli kağızlara yatırımları sürətlə artır.
Eləcə də bax: Azərbaycanda bankların nağd dollar - SATIŞI ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankana (AMB) istinadən xəbər verir ki, avqust ayınnı 1-ə olan məlumata görə, Azərbaycan banklarının qiymətli kağızlara sərmayəsi 3 milyard 674 milyon manatı keçib.
Təkcə iyul aynıda qiymətli kağızlara sərmayələr 352 milyon manat, son iki ayda isə 476 milyon manat artıb.
Qeyd edək ki, qiymətli kağızlara sərmayələrin artımı kağızların faiz dərəcələrinin yüksəlməsi ilə yanaşı, xüsusilə kredit bazarındakı vəziyyətlə əlaqəlidir. Vəsaitlərini kredit bazarında risksiz və sərfəli şərtlərlə yerləşdirməyə çətinlik çəkən banklar bir qayda olaraq vəsaiti qiymətli kağızlara yatırırlar. Azərbaycanın qiymətli kağızlar bazarında çeşid olduqca azdır və bazarın 95-97%-i dövlət qiymətli kağızlarından – Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları və İpoteka Fondunun istiqrazlarından ibarətdir. Bu vəsaitlərin gəlirliyi son vaxtlar kəskin azalsa da (6,25%-ə düşüb) riskli və ödəmə qabilyyəti pisləşmiş müştərilərin böyük saydı olduğu kredit bazarı ilə müqaytisədə hələlik daha etibarlı variant sayılır.
Xatırladaq ki, 2019-cu ilin ilk rübündə Azərbaycan banklarının qiymətli kağızlara yatırımı 4,32 milyarl manata çatmışdı. Sonradan bu vəsaitlər azalaraq 2020-ci ilin əvvəlində 3,26 milyard manata, birinci rübünə sonunda isə 2,9 milyard manata enmişdi. Son vaxtlar kredit bazarındakı daralma bankları yenə də istiqraz və notlara vəsait yatırmağa vadır edib.
Qeyd edək ki, dövlət qiymətli kağızlarının həcmi artırılsa, qiymətli kağızlara yatırılan vəsaitlər daha çox ola bilər. Belə ki, mütəmadi keçirilən hərraclarda AMB-nin notlarına tələbat tələbi 2-3 dəfə üstələyir.