Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 2 473 290,6 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 1 108 911,3 min dollar və ya 81% çoxdur.
Eləcə də bax: Azərbaycanda bank sektorunun göstəriciləri – AÇIQLANDI – RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu müddətdə banklar tərəfindən əhalidən alınan nağd dollar kütləsinin həcmi 655 743,6 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 447 598,3 min dollar və ya 41 % azdır.
Qeyd edək ki, bu ilin iyul ayı ərzində banklar tərəfindən əhaliyə 149 677,5 min dollar satılıb, əhalidən isə 95 934,7 min dollar nağd dollar alınıb. Bu da iyul ayında iyun ayı ilə müqayisədə əhaliyə nağd dollar satışının 3,5% artması, əhalidən alışın isə 7,3% azalması müşahidə olunub.
"apa"